• 26 Aprel 2024
logo
Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət edib

Türkiyənin Baş Ombudsmanı Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad edib.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd olunub ki, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları üstünə gül dəstələri qoyub.