• 25 Noyabr 2020
logo
Hulusi Kılıç: Türkiyənin ATƏT çərçivəsində münaqişənin tənzimlənməsinə cəlbi həmsədrləri daha məsuliyyətli olmağa vadar edəcək

Hulusi Kılıç: Türkiyənin ATƏT çərçivəsində münaqişənin tənzimlənməsinə cəlbi həmsədrləri daha məsuliyyətli olmağa vadar edəcək

ATƏT-in Minsk qrupunun həmsədrləri heç olmasa bundan sonra ədalətli və qətiyyətli mövqe nümayiş etdirsələr, Ermənistan sülhə gələr və bölgədə böyük inkişafın təməli qoyular. Bu məsələdə ədalət və qətiyyətin, sülh və sabitliyin tərəfdarı olmaq istəyindən keçir.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun şanlı zəfər tarixi yazdığına diqqətə çəkən səfir Hulusi Kılıç deyib: “Ermənistanın işğalçı siyasəti və terrorçu mahiyyəti böyük bir coğrafiyada sülhü və rifahı təhdid edir. Ötən 30 il ərzində Azərbaycan bu təhdidlə birbaşa üz-üzə qalıb. Bununla bərabər, böyük inkişaf yolu keçən Azərbaycan qüdrətli ordu yaradıb. Ən əsası odur ki, Azərbaycan həqiqətləri, onun dövlət sərhədləri bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb və qəbul edilib. İndi müzəffər Azərbaycan Ordusu beynəlxalq hüquqa əsaslanmaqla dövlətin haqq tələbini, xalqın istəyini reallığa çevirir. Milli Ordumuz torpaqlarımızı işğaldan azad etməklə yanaşı, bölgədəki sıravi erməniləri də cinayətkar rejimin əlindən xilas edir”.

Azərbaycan-Türkiyə qardaşlığının böyük bir coğrafiyaya sülh, sabitlik və inkişaf vəd etdiyini diqqətə çatdıran səfir deyib ki, Türkiyənin ATƏT çərçivəsində bu münaqişənin tənzimlənməsinə cəlb olunması həmsədrlik funksiyasını icra edən tərəfləri daha məsuliyyətli davranmağa vadar edəcək. Son günlər eşidirik ki, həmsədrlər tərəfsiz olacaqlarını elan edirlər. Bəs nə üçün indiyə qədər tərəfsiz olmamısınız? Lakin bir daha bəyan edirik ki, tərəfsizlik məsələyə ədalətli yanaşma və işğalçı tərəfi danışıqlara məcbur etmək olardı. Tərəflər unutmamalıdır ki, həmsədrlik, sadəcə, yalnız onların adına yazılmayıb.