• 28 Mart 2024
logo
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat

Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat

Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın Ona inamının nəticəsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib. O bildirib ki, Azərbaycan haqq yolundadır və topraqlarını işğaldan azad etmək üçün müdafiə hüququndan istifadə edir:

"30 ildir ki, Azərbaycan torpaqları düşmən işğalı altındadır. Torpaqların işğaldan azad olunması üçün beynəlxalq təşkilatlar heç bir səy göstərmədi. Buna görə də Azərbaycanda xalq-prezident birliyi öz sözünü dedi. Cənab Prezident xalqın dəstəyinə arxalandı və ermənilərin növbəti təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Xalq hər zaman olduğu kimi, sentaybrın 27-dən başlayan əks-hücum əməliyyatları dövründə də Prezidentin hər sözünün arxasında oldu, ona inanaraq həmişəki kimi onun arxasında durdu. Arıtq Azərbaycan Ordusu, Ali Baş Komandan bizə hər gün sevincli qələbə xəbərləri çatdırır. Bu yoldan ölkə rəhbərini və Azərbaycan xalqını heç bir qüvvə döndərə bilməz. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayır. Bu, həm danışıqlar masasında, həm də hərb meydanında belədir. Bunun üçün düzgün siyasət, təbliğat və Azərbaycan xalqının birliyi, güclü olması lazımdır. Bu da bizdə var".

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti məsələnin sülh yolu ilə həllinə çalışsa da, qarşı tərəf bu şansı qaçırdı: "Artıq biz hərbi əməliyyatlara başlamışıq, əks-hücum əməliyyatları nəticəsində torpaqlarımızın bir hissəsini işğaldan azad etmişik. Artıq Azərbaycan həqiqətləri də dünyaya yaılıb, Azərbaycanın haqq səsi hər yerdə eşidilir və müdafiə olunur. Dövlət başçısının apardığı siyasət nəticəsini verdi. Bir vaxtlar Azərbaycan işğal altında olan ərazilərinə göz yuman bəzi beynəlxalq təşkilatlar artıq indi bizim haqq səsimizi müdafiə edir. Hazırda Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad edir".