• 19 Aprel 2024
logo
Milli Məclisin sədri: "Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir"

Milli Məclisin sədri: "Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir"

Milli Məclisin sədri Sahibə Qafarova Zəngilanın işğaldan azad edilməsi ilə bağlı "Twitter" hesabında paylaşım edib. Parlamentin sədri paylaşımında qeyd edib ki, gözəl diyarımız Zəngilan işğaldan azad olunub: "Son günlər Şanlı Ordumuzun ard-arda əldə etdiyi uğurlar bizə hədsiz sevinc bəxş edir. Əminəm ki, bu uğurlar torpaqlarımızın tam işğaldan azad olunmasını ən qısa müddətdə təmin edəcəkdir. Yaşasın Azərbaycan!".