• 20 Aprel 2024
logo
TBMM sədri: "Bu qətliamı törədənləri qınamayanlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər"

TBMM sədri: "Bu qətliamı törədənləri qınamayanlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər"

“Terrorçu dövlət olan Ermənistan tərəfindən mülki əhalini öldürərək insanlığa qarşı törədilən cinayətlər göz qabağındadır”.

Bu gün Gəncəyə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Twitter hesabında yazıb.

TBMM sədri qeyd edib ki, Ermənistan tərəfindən hücumlar həyata keçirilən Gəncədən BMT və Minsk qrupuna üzv ölkələrə vəhşiliyin ortasından çağırış edirik: "Bu qətliamı törədənləri qınamayanlar tarixə müharibə cinayətlərinin ortaqları kimi düşəcəklər".

M. Şentop həmçinin qeyd edib ki, Gəncədəki erməni hücumlarında yaralanan qardaşlarımızı xəstəxanada da ziyarət ediblər: “Müharibə ilə əlaqəsi olmayan günahsız mülki insanları öldürən və onlara fayda gətirən zehniyyət bölgəmizin üz qarasıdır”.