• 26 Aprel 2024
logo
TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

TBMM Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədədir

Ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncədə səfərdədir.

Səfərin məqsədi cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olmaqdır.

Nümayəndə heyətinin üzvləri hadisə baş verən əraziyə baş çəkib, sakinlərlə görüşüblər.

M. Şentopa Ermənistanın mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumat verilib.