• 19 Aprel 2024
logo
Türk Şurasının Baş katibi Gəncəyə səfər edib

Türk Şurasının Baş katibi Gəncəyə səfər edib

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, onun müavini Qismət Gözəlov və Xarici İşlər Nazirliyinin (XİN) ikinci Avropa idarəsinin rəisi İlqar Muxtarov Gəncə şəhərinə səfər ediblər.

Onlar Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla birlikdə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılmış evlərə baş çəkiblər.

B. Amreyev və digərləri vəziyyətlə yerində tanış olublar.