• 25 Aprel 2024
logo
Türkiyə və Britaniya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyə və Britaniya XİN başçıları Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və onun britaniyalı həmkarı Dominik Raab arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi, Şərqi Aralıq dənizi, Kipr və Liviya ilə bağlı fikir mübadiləsi aparıblar.