• 3 Dekabr 2020
logo
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib - Elçin Əmirbəyov

Ermənsitan Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti həyata keçirir. Onlar Azərbaycanın 20 faiz ərazisini işğal edib. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirib.

Bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov deyib.

Onun sözlərinə görə, Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həll olunmasını gözləyib: “Lakin əfsuslar olsun ki, Ermənsitan qeyri-konstruktiv mövqe göstərərək, münaqişənin sülh yolu ilə həllinə imkan vermədi. Azərbaycan konstruktiv mövqe nümayiş etdirsə də Ermənistan təxribatlara əl atdı. Bu gün də Ermənistan Azərbaycan xalqına qarşı müharibə cinayətlərini törətməkdə davam edir. Paşinyan da öz sələflərindən heç nə ilə fərqlənməyib və xalqmıza qarşı müharibə cinayətlərinin törədilməsinə davam edib. Ermənistanın bütün bu əməllərinə baxmayaraq, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasının mümkünlüyünü bildirdi. Lakin Ermənistan son iki atəşkəs razılaşmasını pozaraq Azərbaycanın mülki əhasilini, Gəncə, Mingəçevir və digər şəhərlərini raket atəşinə tutdu. Gəncədə faciə yaşandı. Beynəlxalq təşkilatlar Ermənistanın bu vandalizm hərəkətlərinin qarşısını almalıdır və onlara qarşı təzyiqləri artırmalıdır”.