• 15 May 2025
logo
Prezident İlham Əliyev DSX-nin rəisini və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Prezident İlham Əliyev DSX-nin rəisini və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Bu barədə Prezidentin Mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, general-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.