• 4 İyul 2025
logo
Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

Müdafiə Nazirliyi: Düşmənin hərbi hissəsi ələ keçirilib

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır.