• 4 İyul 2025
logo
Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Ərdoğan və Trüdo Dağlıq Qarabağı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kanada Baş naziri Castin Trüdo ilə telefon danışığı aparıb, görüş zamanı Dağlıq Qarabağ problemi müzakirə edilib.

Bu barədə Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi​​ bildirib.

Türkiyə prezidenti xatırladıb ki, Azərbaycan-Ermənistan münaqişəsinin səbəbi Dağlıq Qarabağın 30 ilə yaxındır Ermənistanın işğalı altında olmasıdır.

Ərdoğan vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, öz ərazisində əks-hücum əməliyyatı keçirir.

Məlumata əsasən, Ərdoğan və Trüdo ikitərəfli ticarətin artırılması və müdafiə sənayesi səhsi üzrə əməkdaşlığında problemlərin aradan qaldırılması istiqamətində addımları müzakirə ediblər.