• 25 Oktyabr 2020
logo
Prezidentin köməkçisi: “Mülki şəxslərə qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”

Prezidentin köməkçisi: “Mülki şəxslərə qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb.