• 22 Aprel 2021
logo
Türkiyə XİN Ermənistan ordusunun Naxçıvana raket zərbəsi endirməsi ilə bağlı bəyanat yayıb

Türkiyə XİN Ermənistan ordusunun Naxçıvana raket zərbəsi endirməsi ilə bağlı bəyanat yayıb

Ermənistan silahlı qüvvələrinin işğal altındakı Qubadlı rayonundan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirməsini şiddətlə qınayırıq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

“İşğal etdiyi torpaqlarda üzləşdiyi məğlubiyyətlərə görə Ermənistan təcavüzkarlığını hər ötən gün daha da artırır. Həmsərhəd olduğumuz Naxçıvan Muxtar Respublikasına hücum münaqişəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından kənara çıxarmaq cəhdlərinin yeni və təhlükəli bir nümunəsidir. Ermənistanın bu təhlükəli təxribatlardan vaz keçməlidir. Humanitar atəşkəsi pozan Ermənistan mülki əhaliyə qarşı müharibə cinayəti törədir, indi də münaqişənin coğrafi miqyasını genişləndirməyə cəhd etməkdədir. Ermənistan bu təcavüzkar əməllərinin nəticələrini yaxşı hesablamalıdır. Can Azərbaycanla və azərbaycanlı qardaşlarımızla həmrəyliyimiz hər zaman tam olacaq”, - deyə bəyanatda qeyd olunub.