• 12 May 2025
logo
Prezident İlham Əliyev: “Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”

Prezident İlham Əliyev: “Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”

“Biz əsas əməliyyatları hazırda şimal, cənub istiqamətlərində aparırıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib ki, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib: “Cəbrayılın kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda Füzuli rayonunun bir çox kəndlərini biz işğalçılardan azad etdik. Əminəm ki, yaxın vaxtlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”.