• 23 Aprel 2021
logo
Türkiyə XİN Ermənistan ordusunun Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutmasını pisləyib

Türkiyə XİN Ermənistan ordusunun Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutmasını pisləyib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə qarşı davam edən hücumlarını şiddətlə qınayırıq.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı açıqlamada bildirilib.

“Ermənistan ordusunun son olaraq bu gün Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həyatını itirib, beş nəfər yaralanıb. Ermənistan hərbi əsirlərin və meyitlərin dəyişdirilməsi üçün 10 oktyabrda elan edilən humanitar atəşkəsi heçə saymağa davam etməkdədir. İnsanlıqdan nəsibini almayanlar azərbaycanlı qardaşlarımızın cənazələrini belə dəfn etmələrinə izn vermirlər. Bu son hücumla Ermənistan humanizm və hüquq tanımayan üzünü bütün dünyaya bir daha nümayiş etdirdi. Türkiyənin qəhrəman Azərbaycan xalqı ilə həmrəyliyi daimi və tamdır”, - deyə qeyd olunub.