• 21 Aprel 2021
logo
Ankara türkdilli dövlətləri Azərbaycanla həmrəy olmağa çağırdı

Ankara türkdilli dövlətləri Azərbaycanla həmrəy olmağa çağırdı

Türkiyə türkdilli dövlətləri Azərbaycanla həmrəylik göstərməyə çağırır.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Ankara hər zaman tarixi torpaqlarının işğaldan azad edilməsi üzrə ədalətli mübarizəsində Bakının yanında olub:

“Türkiyənin yerləşdiyi regionda çoxlu sayda münaqişə, problem və təcavüz aktları mövcuddur. Ermənistanın Azərbaycana qarşı son təxribatları bunu bir daha təsdiq etdi. Ermənistan Azərbaycan torpaqlarına hücum edir. Yerevanın əməllərini hərbi cinayətlər kimi təsnifatlandırmaq olar. Təəssüf ki, bir sıra ölkələr Azərbaycanla işğalçı Ermənistanı tərəzinin eyni gözünə qoymağa çalışır. Bu ölkələr BMT və ATƏT-in qərarlarını diqqətə almır. Ona görə də Azərbaycanla həmrəylik heç vaxt olmadığı qədər vacibdir”.