• 18 May 2025
logo
Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri arasındakı telefon danışığına dair Türkiyə Cümhurbaşkanlığı da açıqlama yayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, telefon danışığında Türkiyə-Rusiya münasibətləri, həmçinin Azərbaycan-Ermənistan məsələsi, Suriya və Liviyadakı vəziyyət müzakirə olunub.

Türkiyə prezidenti Ərdoğan Azərbaycan torpaqlarına hücum edərək, yeni gərginlik yaratmış Ermənistanın 30 illik işğalı davam etdirməyə çalışdığını qeyd edib. Ərdoğan Türkiyənin həm Minsk qrupu üzvü, həm də ikili münasibətlər çərçivəsində bu məsələnin həllinin tərəfdarı olduğunu ifadə edib.