• 23 Aprel 2021
logo
İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır

İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır

İsveç Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin ölümündən narahatdır.

Bunu İsveçin Xarici işlər naziri Ann Kristin Linde türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

Nazir humanitar atəşkəs rejiminə baxmayaraq davam edən toqquşmalarla əlaqədar narahatlığını ifadə edib:

“Biz tərəfləri danışıqları bərpa etməyə çağırırıq və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT Minsk qrupunun səylərini dəstəkləyirik”.

İsveçli nazir münaqişə tərəflərinin danışıqlar masasına qayıtması üçün səylərin vacibliyini vurğulayıb.