• 22 Oktyabr 2024
logo
Azərbaycanın zərbə PUA-larının Ermənistan ordusuna vurduğu zərər açıqlanıb

Azərbaycanın zərbə PUA-larının Ermənistan ordusuna vurduğu zərər açıqlanıb

Azərbaycan Silahlı Qüvvələrinin zərbə PUA-ları Ermənistan ordusuna ümumilikdə azı 1 milyard ABŞ dolları ziyan vurub.

Bu barədə “Clash Report”un araşdırmasında qeyd olunub.

Bildirilib ki, ən çox ziyan düşmənin hava hücumundan müdafiə sisteminə dəyib – 485 milyon ABŞ dolları.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin 84 tank itirdiyi (oktyabrın 12-nə olan məlumat) və bunun ümumi dəyərinin 210 milyon ABŞ dolları olduğu vurğulanıb.

Həmçinin araşdırmada Ermənistan ordusunun itirdiyi top, zirehli transportyor, müxtəlif nəqliyyat vasitələri, radar və s. var.