• 20 Aprel 2021
logo
Deputat: Ermənistanın silah və sursat ehtiyatını artırması yeni təcavüzkarlıq niyyətlərindən xəbər verir

Deputat: Ermənistanın silah və sursat ehtiyatını artırması yeni təcavüzkarlıq niyyətlərindən xəbər verir

Humanitar atəşkəsi kobudcasına pozan faşist Ermənistanın silah və sursat ehtiyatını artırması yeni təcavüzkarlıq niyyətlərindən xəbər verir.

Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, ən dəhşətlisi isə silah və sursatın humanitar yardım adı altında mülki təyyarələrdə daşınmasıdır.

M.Qasımlı qeyd edib ki, bütün dünyada koronavirus pandemiyası ilə əlaqədar olaraq avia şirkətlər təyyarə reyslərini təxirə saldıqları və ya azaltdıqları bir zamanda Ermənistana uçuşların sayının artması bilavasitə bununla bağlıdır:

"Məsələnin digər tərəfi ondan ibarətdir ki, silah və sursatları verən, onların mülki sərnişin təyyarələrində daşınmasına imkan yaradan ölkələr işğalçının yanında dayandıqlarını və beynəlxalq hüquq normalarını saya salmadıqlarını göstərirlər. Amma nə edirsə-etsin təcavüzkar Ermənistan məğlubiyyətə və məhvə məhkumdur. Qələbə Azərbaycanın olacaq".