• 22 Aprel 2021
logo
Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Mingəçevirə gediblər

Diplomatik korpusun və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Mingəçevirə gediblər

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədən sonra Mingəçevirə səfər ediblər.

Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Qeyd edək ki, bu gün Azərbaycandakı diplomatik korpusun nümayəndələri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış ərazidə olublar.

Onlar dağıntılar törədilmiş ərazidə müşahidə aparıblar. Qonaqlara hadisə haqqında ətraflı məlumat verilib.