• 20 Aprel 2021
logo
Ermənistanın Gəncəyə raket atmasını 11 sentyabr terror aksiyaları ilə müqayisə etmək olar

Ermənistanın Gəncəyə raket atmasını 11 sentyabr terror aksiyaları ilə müqayisə etmək olar

Ermənistanın hərbi əməliyyatların həyata keçrildiyi ərazidən 100 kilometr aralıda yerləşən, heç bir hərbi obyektin olmadığı Gəncə şəhərinə, yaşayış binasına raket zərbəsi endirməsi, nəticədə 10 mülki şəxsin həlak olması, uşaqlar da daxil olmaqla 34 nəfərin yaralanması müharibə cinayəti olmaqla yanaşı, həm də gecə saat 2-də, bütün sakinlərin evdə, yuxuda olduqları bir vaxtda, alçaqcasına həyata keçirilmiş qanlı terror aktıdır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu terror aksiyasını mahiyyətinə görə, 2001-ci ilin 11 sentyabr tarixində ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirilmiş terror aksiyaları ilə müqayisə etmək olar:

“ABŞ-da həyata keçirilən terror aksiyaları insanların iş yerlərinə gəldikləri zaman həyata keçirilmişdi ki, itki çox olsun. Eyni üslub Gəncədə həyata keçirilən terror aksiyalarında da nəzərə çarpır. Gəncədə də raket zərbəsinin gecə saat 2-də, yaşayış binasına endirilməsi daha çox günahsız insanın qətlə yetirilməsi üçün nəzərdə tutulan terror aksiyasıdır. Bütün bunlar Ermənistanın siyasi hakimiyyətinin Əl Qaidə terror təşkilatından fərqlənmədiyini, Azərbaycanın digər şəhərlərinə endirilən və Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilən raket zərbələri də nəzərə alınarsa, Əl Qaidədən daha amansız olduğunu sübuta yetirir.

Neofaşist ideyası ilə silahlanmış, bölgənin bütün xalqlarına nifrət üzərindən siyasət yürüdən Ermənistan dövləti və cəmiyyəti təkcə Azərbaycanın və regionun təhlükəsizliyi üçün deyil, bütün bölgə üçün təhdiddir və bu ölkəyə qlobal sülhü təhdid edən terrorçu-dövlət kontekstindən yanaşmaq lazımdır”.