Bakıda akkreditasiya olunmuş xarici diplomatlar və beynəlxalq təşkilatların rəhbərləri Gəncə şəhərində Ermənistanın baş naziri tərəfindən həyata keçirilmiş müharibə cinayətlərini öz gözləri ilə gördülər.
Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" səhifəsində yazıb.
O bildirib ki, qonaqlar hadisənin günahsız qurbanlarının xatirəsinə gül qoyublar.