• 12 May 2025
logo
ANAMA-nın direktoru: "Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir"

ANAMA-nın direktoru: "Gəncəyə atılan raketin qalıqları Mingəçevirdə partlayan raketin qalıqları ilə eynidir"

“Gəncəyə atılan raketin birinci hissəsinin qalıqları Mingəçevirdə dağa düşüb partlayan raketin qalıqları ilə eynidir”.

Bunu Gəncədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün həmin raketin ən son qalıqlarını müəyyən edib tapıblar: “Raketin qalıqlarının üzərində 8k-14 raketi yazılıb. Bu, bizə dəqiq deməyə imkan verir ki, bu, Elbrus sistemi olub”.