Ermənistanın atəşkəs rejiminə əməl etməyəcəyi təqdirdə Azərbaycan işğal olunmuş ərazilərinin tam azad olunması üçün hərbi əməliyyatları bərpa etmək hüququna malikdir.
Bunu Trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Hadisələrin sürətlə inkişaf etdiyini deyən ekspert əlavə edib ki, Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması xəbərləri daxil olur:
"Böyük ehtimalla, Yerevan destruktiv siyasətindən əl çəkməyəcək və Ermənistanın əldə olunan razılaşmalardan çəkiləcəyi təqdirdə Azərbaycan işğal olunmuş ərazilərinin tam azad edilməsi üçün hərbi əməliyyatları bərpa etmək hüququna malikdir. Ermənistan öz qoşunlarını çıxarmalıdır, burada heç bir şərt ola bilməz".