• 18 Aprel 2021
logo
MN-in İdarə rəisi: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”

MN-in İdarə rəisi: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir”

“Sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı təxribatları başlayıb”.

Bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov deyib.

O bildirib ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün əks-həmlə əməliyyatına başlayıb: “Əks-həmlə əməliyyatı beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir. Azərbaycan Ordusu yalnız Ermənistanın hərbi texnikasını hədəfə alır. Lakin Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini hədəfə alır, hətta təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atır”.

İdarə rəisi qeyd edib ki, bu gün Ermənistan Azərbaycanın qədim və böyük şəhərlərindən olan Gəncəni raket atəşinə məruz qoyub, nəticədə xeyli sayda mülki insan həlak olub və xəsarət alıb.