• 22 May 2025
logo
Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib

Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib

“Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.

Bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər naziri Ceyhun Bayramov Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.