• 22 Aprel 2021
logo
"Qubad İbadoğlu qızının ermənilərin müharibəni dayandırmaq müraciətinə imza atmasına nə deyəcək?"

"Qubad İbadoğlu qızının ermənilərin müharibəni dayandırmaq müraciətinə imza atmasına nə deyəcək?"

" Vətən müharibəsi apardığımız ağır günlərdə Nikol Paşınyanın xanımı Anna Hakopyanın müraciəti əsasında sülh bəyanatına uyğun hazırlanan müraciətə imza atanlar arasında bir qrup sapı özümüzdən olan şəxslərin adlarını gördüm. Dəhşətə gəldim. Ermənilərin həmin müraciəti bir sıra dillərdə, ingilis, fransız, alman, rus, azerbaycan və başqa dillərdə hazırlayıb yayırlar. Güclü erməni diasporasının, lobbicilərinin maliyəsi ilə idarə olunan saytlarda yayılan bu mətnin məğzi bundan ibarətdir ki, "Bu bütün Cənubi Qafqaz üçün məğlub döyüşə çevrilir. Müharibə heç vaxt münaqişəni həll etməyəcək və yalniz bizi davamlı müharibələrin daha qaranlıq , daha açınacaqlı bir dairəsinə buraxacaq. Bu müharibənin qalibi yoxdur. Biz dərhal atəşkəsin , eləcə də Ermənistan və Azərabaycan təfərlərini bütünlüklə əhatə edən danışıqların bərpasının tərəfarıyıq." Və bu müraciətə imza atanların bir çoxları tanınmış şəxslərin övladlarıdır"- bu açıqlamanı "Xalq Cəbhəsi.az" saytına BAXCP sədrinin müavini, QHT sədr, politoloq Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bu gün ABŞ-da yaşayan Qubad İbadoğlunun qızı Zala Bayramova, Günel Mövlud, Qiyas İbrahimov və onun anası Hamidə Qiyasbəyli, Fuad Qəhrəmanın qızı Selcan, QHT sədri İntiqam Əliyevin oğlu Nəcmin Kamil və digərləri də var:" Mirkamran Hüseynli, İlkin Hüseynli, Elnurə Hüseynova, Səməd Səmədov, Ağarəhim Poladov (deyilənə görə xalq artisti Fuad Poladovun oğludur) , Vahid Əli, Zəhra İsmayıllı, Rövşən Məmmədli, Nəzakət Həsənzadə, Məmməd Əzizov, Nİcat Məmmədbəyli, Milana Məmmədova, Zakir Bayramov, Hətəm Müstafayev, Namiq Abdullayev, Toğrul Vəliyev, Heydər İsayev, Ayten Fərhadova və s. "
Niyaməddin Orduxanlının bildirdiyinə görə, bu gün bu adamların hər biri ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti müvafiq addımlar atmalıdır:" Heç bir şübhəm yoxdur ki, DTX bu adamların kim oldularını ciddi şəkildə araşıdırır və müvafiq qanunverciliklə addımlar atacaq. Ermənilərin müraciətinə imza atanların sıyahısı artıq sosial şəbəkələrdə yayılmaqdadır və bunu hamı görür. Necə qəbul edilə bilər ki, vətən müharibəsi apardığımız bir gündə ermənilərin müraciətinə qoşulasan?! O ermənilər ki, hər cür vasitə ilə bu gün atəşkəsi bərpa etmək niyyətindədir. Çünki şanlı orudumuz onlara elə bir ağr zərbə vurub ki, vaxt udub özlərinə gəlmək istəyirlər. Bunu açıq şəkildə Ali Baş Koamndanımız İlham Əliyev xalq müraciətində dedi. Erməni hiyləsinə hə deyirlər. Bunun adı nədir?! Xəyanət və satqınlıq! Biz xalq olaraq cənab Prezidentə güvənirik və o indi öz qələbələri ilə 30 il başı aşağı olan xalqımızın başını göylərə ucaldır. Və hansı addımın nə zaman atacağını çox yaxşı bilir! Yüz minlərlə soydaşımız səfərbərliyə cəlb olunub və torpaqlarımızın azad olunmasından iştirak edir. Ermənilər müharibənin uzanmasında daha böyük itkilərə məruz qaldırlarını da çox yaxşı bilirlər. Odur ki, nəyin bahasına olur olsun atəşkəsin bərpasına çalışırlar. Diqqət edin ermənilərə imza verənlər kimlərin övladlarıdır. Qubad İbadoğlunun özü Füzuli bölkəsindəndir. Bu adamın övladı istəmir ata-baba yurdu erməni işğalından azad olunsun?! Başqa vaxt Qubad İbadoğlu Sevinc Osmanqızının kanalında torpaqlarımızın nə zaman işğaldan azad olunmasından ağız dolusu danışır. İndi öz övladlanın ermənilərin müraciətinə imza atmasına nə deyəcək?!