• 22 Oktyabr 2024
logo
Deputat: Paşinyanın BBC-yə verdiyi müsahibələrində onun kimliyi məlum oldu

Deputat: Paşinyanın BBC-yə verdiyi müsahibələrində onun kimliyi məlum oldu

Paşinyanın BBC-yə verdiyi müsahibələrində onun kimliyi məlum oldu. Əgər avgust ayında verdiyi müsahibəsində ingilis dili bilgilərinin zəif olduğundan fikirlərini tam ifadə edə bilmədiyi təsəvvür formalaşırdısa, indiki müsahibədə erməni dilində danışsa da, onun çox savadsız və məntiqsiz olduğu məlum oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Paşinyan küçə adamı olduğundan onun düşüncələri də dövlət başçısına xas yox, küçə adamın düşüncələridir. BBC-yə müsahibəsində hamıya məlum oldu ki, Paşinyan bişməmiş , xamın birisidir.

O, bu gün də özünün harda oturduğundan xəbəri yoxdur: “Küçələrdə qışqırmaqla pafosla danışmaqla dövləti idarə etmək arasında böyük fərq var və bunlar başqa-başqa işlərdir. BBC-nin jurnalisti Paşinyana sualları konkret və ünvanlanmış şəkildə səsləndirsə də Paşinyan suallara cavab verməkdən yayınmağına üstünlük verdi:

“Bu adam o qədər savadsızdır ki, işğal etdiyi torpaqları qeyd-şərtsiz azad edilməsi barəsində tələbləri özündə əks etdirən 4 qətnaməni qəbul etmiş təşkilatın heç düzgün adını bilmir. Paşinyanın cavablarından bir də məlum oldu ki, o, qətnamələrdə nə yazıldığından da xəbərsizdir. Məhz onun sərsəm bəyanatları və düşüncəsiz hərəkətləri Azərbaycan ordusunu əks hücuma keçməsinə məcbur etdi. Müsahibədə Paşinyan qeyd edir ki, Artsax erməni torpağıdır və oranın 80% ermənilərdir deməsi başdan – başa yalandır.

Dağlıq Qarabağ tarixən Azərbaycan torpağ olmuşdur və oradakı bütün toponimlər, mədəni-tarixi abidələr bir daha göstərir ki, ora həmişə bizim torpağımız olmuş və bu gün şanlı ordumuz tarixi ədalləti bərpa edir. Bizim 30 il beynməlxalq hüquqa hörmətlə yanaşaraq münaqişənin danışıqlar yolu ilə həll edilməsinə gözləməyimiz Paşinyanı və onun hərbi rəhbərliyini daha da ağzınlaşdırmışdı. Hətta özlərini axmaqlığa vurub yeni torpaqlar uğrunda yeni müharibə bəyanatı ilə çıxış etdilər. Bu da sənin istədiyin yeni müharibə.

Bu gün döyüş meydanında Azərbaycan əsgərinin atdığı mərmi səsini eşidəndə siçovollar kimi gizlənməyə deşik axtarırsınız. Azərbaycan əsgərini görəndə əlindəki hərbi texnikanı və döyüş sursatını döyüş meydanında qoyub qorxudan qaçırsısınız. Bu idi sizin yeni torpaqlar uğrunda yeni müharibəniz? Sizin Azərbaycan ordusu ilə müharibə aparmağına nə cəzarətiniz çatmaz, nə də gücünüz çatmaz. Sizin rejimin heç vaxt düşüncəli, xalqını düşünən bir rəhbəriniz olmayıb və olmayacaq. Çünki, xainlərin taleyi belə olur.

Sizdən fərqli olaraq bu gün Azərbaycan ordusunun başında düşüncəli, öz torpağını və xalqını sevən Ali Baş Komandan dayanmışdır. Sizdən fərqli olaraq biz ədaləti və düzgünlüyü istəyirik Budur bizim fərqimiz. Məhz Ali Baş Komandanımızın hər gün beynəlxalq mətbuata verdiyi müsahiblərdə Prezidentimizin nə qədər savadlı və təcrübəli lider olduğunnu bütün dünya görür və dəyərləndirir. Əgər Paşinyanın düşüncəsi olsaydı öz xalqını qırğına verməzdi və Azərbaycanla razılaşıb sülh müqavilə imzalayaraq öz millətini ordumuza qırdırmaqdan çəkinərdi. Mən bir şeyi deyə bilərəm ki, müharibə teziklə qələbəmizlə başa çatacaq. Paşinyanı isə vaxt gələcək öz xalqı onun oturduğu yerindən uçurdaraq pərən-pərən edəcək”.