• 22 Aprel 2021
logo
Naqif Həmzəyev: Mübarizə informasiya məkanında da gedir

Naqif Həmzəyev: Mübarizə informasiya məkanında da gedir

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Cəbhə xəttində gərginliyin şiddətlənməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Bu gün mübarizə təkcə cəbhədə yox, informasiya məkanında da gedir.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Naqif Həmzəyev erməni lobbisinin bu gün dünyada fərqli mənzərə yaratmaq istəməklərindən, “fake” profillərlə yaydıqları yalanlardan, saxta xəbərlərdən danışıb: “Xarici mediya təmsilçilərinə ölkəmizdə baş verənləri hər bir şərait yaradılıb. Onlar öz gözləri ilə işğalçı ermənistanın ölkəmizə qarşı apardığı terrorun, qəsbkarlığının şahidi olur, dünyaya haqq səsimizi çatdırırlar.”