• 20 Aprel 2021
logo
Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib

Sahibə Qafarova İsrailin Azərbaycandakı səfirini qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki qəbul edib.

Parlamentin sədri bu barədə Tvitter hesabında məlumat yayıb.

S. Qafarova qeyd edib ki, səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə ətraflı məlumat verib.