• 22 Aprel 2021
logo
Türkiyə MN Gəncənin ermənilər tərəfindən bombalanmasına münasibət bildirib

Türkiyə MN Gəncənin ermənilər tərəfindən bombalanmasına münasibət bildirib

Türkiyə Müdafiə Nazirliyi Gəncə şəhərinin ermənilər tərəfindən bombalanmasına və atəşə tutulmasına öz Tvitter hesabında münasibət bildirib.

Paylaşımda qeyd edilib ki, mülki insanlara hücum edərək bütün dünyanın qarşısında hərbi cinayətlər törədən Ermənistan öz tarixinə daha bir qara ləkə əlavə edir.

Eyni zamanda, bildirilib ki, Ermənistan təcili olaraq işğal etdiyi Dağlıq Qarabağı boşaltmalı və insanlığa qarşı etdiyi cinayətlərə görə hesab verməlidir.