• 5 İyul 2025
logo
Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə KTMT-ni cəlb etmək cəhdidir

Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə KTMT-ni cəlb etmək cəhdidir

Ermənistanın Azərbaycan şəhərlərinə zərbələri münaqişəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək cəhdidir.

Bunu qazaxıstanlı politoloq Aydos Sarım deyib.

O bildirib ki, Ermənistanın addımları aşkardır və bir neçə məqsədi var:

“İlk növbədə bu, Azərbaycan daxilində stabilliyi pozmaq, çox sayda əhalini qeyri-müəyyən vəziyyətə çatdırmaqdır. Hədəf sadədir: qorxu, sabaha inamsızlıq yaymaq”.

Ekspert bildirib ki, digər məqam Azərbaycan Ordusunu Ermənistan ərazisinə cavab zərbələrinə vadar etməklə bağlıdır:

“Bu halda Ermənistan təbliğatı “birbaşa təcavüz”, “hərbi cinayətlər” barədə söz aça və Rusiyanı, KTMT-ni münaqişəyə cəlb edə bilər. Bütün bu baş verənləri sənədləşdirmək, dünya mətbuatını, xarici müşahidəçiləri cəlb etmək vacibdir”.

Politoloq əlavə edib ki, bu gün həm də irimiqyaslı informasiya müharibəsi gedir:

“Tarix göstərir ki, bu gün informasiya müharibələrində qələbə heç də az əhəmiyyət daşımır. Bunu da bacarmaq lazımdır”.