• 22 Oktyabr 2024
logo
Rumıniya mətbuatı Prezident İlham Əliyevin "TRT Haber"ə müsahibəsindən yazıb

Rumıniya mətbuatı Prezident İlham Əliyevin "TRT Haber"ə müsahibəsindən yazıb

Rumıniyanın "AGERPRES" milli informasiya agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "TRT Haber" telekanalına verdiyi müsahibəsinə diqqəti cəlb edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, məlumatda dövlət başçımızın Azərbaycan ordusunun erməni işğalında olan bəzi torpaqları geri qaytardığı, Ermənistanın beynəlxalq təminatlar verdiyi və öz qoşunlarının çıxarılmasının konkret cədvəlini təqdim etdiyi təqdirdə atəşkəsin bərpa olunmasının mümkünlüyü, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar prosesinə Türkiyənin cəlb olunması, rəsmi Ankaranın ölkəmizə dəstəyinin digərlərinə "xəbərdarlıq" olması barədə fikirlərinə xüsusi diqqət yetirilib.

https://www.agerpres.ro/politica-externa/2020/10/05/nagorno-karabah-turcia-trebuie-sa-fie-implicata-in-viitorul-proces-de-pace-din-caucaz-declara-presedintele-azerbaidjanulu