• 20 Aprel 2021
logo
Bahar Muradova 4-cü Ümumdünya Qadınlar Konfransının iclasında çıxış edib

Bahar Muradova 4-cü Ümumdünya Qadınlar Konfransının iclasında çıxış edib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində 4-cü Ümumdünya Qadınlar Konfransının 25-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli iclasda videoformatda çıxış edib.

Komitədən bildirilib ki, iclasda çıxış edən Komitə sədri tədbir iştirakçılarına ölkəmizdə qəbul edilmiş qanunlardan, “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyasından, bu istiqamətdə görülmüş işlərdən, Azərbaycanda gender siyasətinin əsas istiqamətləri haqqında məlumat verib. B. Muradova qeyd edib ki, mürəkkəb ictimai-siyasi və ağır hərbi vəziyyət fonunda ötən müddət ərzində Azərbaycan müstəqil dövlət olaraq ciddi islahatlar aparmış və bu gün dünyanın inkişaf etmiş nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Gender bərabərliyinin təmin edilməsi, qadınların inkişaf etdirilməsi istiqamətində bir çox sənədlər imzalanmış, qərarlar qəbul edilib.

Konfrans iştirakçıları Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranan münaqişədən daha çox Azərbaycan qadınlarının əziyyət çəkməsi, onların fiziki və psixoloji travma alması barədə məlumatlandırılıb, BMT Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsinə müvafiq olaraq Milli Fəaliyyət Planının qəbul edildiyi Komitə sədri tərəfindən vurğulanıb.

Çıxışının sonunda sədr hazırkı dövrdə aktual olan COVİD-19 pandemiyasının yaratdığı çətinlikləri qeyd edərək bu bəlanın xüsusilə insan itkiləri, iqtisadi geriləmə və psixoloji gərginliyə səbəb olduğunu bildirib, dünya qarşısında yeni bir çağırışın formalaşdığını qeyd edərək, bu istiqamətdə birgə işlərin aparılmasının vacibliyini vurğulayıb.