• 22 Aprel 2021
logo
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Rusiya ilə əməkdaşlığa hazırdır

Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Rusiya ilə əməkdaşlığa hazırdır

Türkiyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bakıya işgüzar səfərinin yekunlarını şərh edərkən deyib.

Nazir bildirib ki, Rusiya hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllində və sərhədləri yaxınlığındakı problemi aradan qaldırmaqda maraqlıdır:

“Ankara Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in himayəsi altında həllinin tərəfdarıdır. Biz istənilən beynəlxalq məkanda Qafqazda fikir ayrılıqlarının aradan qaldırılması üçün töhfəmizi verməyə hazırıq”.

M.Çavuşoğlu əlavə edib ki, ATƏT Minsk qrupunun həmsədrləri bütün dünyaya sülhməramlı səylərin uğursuzluğa düçar olduğunu göstərdi:

“Atəşkəs Qarabağın Ermənistan tərəfindən işğalı problemini həll etmir və Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş əraziləri azad etməkdə qətidir və Ankara Bakının ədalətli mövqeyini dəstəkləyir”.