• 14 May 2025
logo
Ermənistan hava hədəflərinin zərərsizləşdirilməsinə yönəlmiş vasitələrdən Azərbaycan səmasında beynəlxalq aviasiyaya qarşı istifadə edə bilər

Ermənistan hava hədəflərinin zərərsizləşdirilməsinə yönəlmiş vasitələrdən Azərbaycan səmasında beynəlxalq aviasiyaya qarşı istifadə edə bilər

“Tərəfdaşlara da xəbərdarıq edilib ki, Azərbaycanın hava məkanından istifadə zamanı müvafiq koordinatlara əməl etsinlər”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan hava yolları vasitəsilə (AZAL) artıq tərəf müqabillərinə, tərəfdaşlara beynəlxalq hava daşıyıcılarına da məlumat verilib: “Biz Ermənistan tərəfindən hər cür təxribat gözləyirik. Azərbaycanın hava məkanından beynəlxalq aviasiyada geniş şəkildə istifadə edilir. Ona görə də Ermənistanın arsenalında olan hava hədəflərinin zərərsizləşdirilməsinə yönəlmiş vasitələrdən beynəlxalq aviasiyaya qarşı da istifadə edə bilərlər”.