• 13 May 2025
logo
Hikmət Hacıyev: "Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk"

Hikmət Hacıyev: "Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk"

"Bu gün hamımız səfərbərik. Hamımızın bir amalı var ki, işğal altında olan torpaqlarımız işğaldan azad olunsun”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün ermənilər döyüş meydanında ümidsiz və çarəsiz vəziyyətdədir: “Son hadisələri hərbi və siyasi provakasiya kimi qiymətləndiririk. Onlar 3-cü tərəfləri münaqişəyə cəlb etməyə çalışır. Azərbaycan tərəfi bunu çox gözəl bili, bununla bağlı beynəlxalq təşkilatlara, ölkələrə də məlumat verib”.