• 20 May 2025
logo
Mövlud Çavuşoğlu: Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir

Mövlud Çavuşoğlu: Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir

Ermənistanın mülki əhaliyə hücumu yeni deyil. Bu ölkənin tarixinə baxanda, günahsız insanları necə qətlə yetirdiyini görmək olar, özəlliklə də Xocalıda.

Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bilindiyi kimi, bir daha Ermənistan mülki əhalini hədəf alıb. Bütün beynəlxalq hüquq Azərbaycan tərəfindədir və beynəlxalq ictimaiyyət Azərbaycana dəstək verməlidir. Təssüflər olsun ki, beynəlxalq ictimaiyyət ya neytral qalır, ya da Ermənistana dəstək verir. Fransa açıq şəkildə Ermənistanı dəstəkləyir:

"Təssüflər olsun ki, Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli üçün heç bir şey etməyib. Ermənistan-Azərbaycan məsələsi gündəmə gələndə Minsk qrupu Ermənistandan ərazilərin boşaldılmasını tələb etmir.

NATO üzvləri də Ermənistanın işğal etdiyi ərazilərdən çıxmasını tələb etməlidir. Beynəlxalq ictimaiyyət tərəfindən cavab almayan Ermənistan bundan cəsarətlənib Azərbaycana hücumlarını davam etdirir".