• 20 Aprel 2021
logo
Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

Kanada Azərbaycanlıları Şəbəkəsi Gəncənin atəşə tutulması ilə bağlı bəyanat yayıb

Kanada Azərbaycanlıları Şəbəkəsi Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən atəşə tutulması, dinc mülki əhalinin hədəfə alınmasına etiraz olaraq bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan bəyanatda deyilir:

“Ermənistan tərəfinin bu addımı Cenevrə Konvensiyasına uyğun olaraq müharibə cinayəti hesab olunur. Həmçinin, Azərbaycan ərazisinin Ermənistanın ərazisindən atəşə tutulması açıq-aydın təxribatdır və münaqişə ərazisini genişləndirmək niyyəti daşıyır.

Kanada Azərbaycanlıları Şəbəkəsi bəyanatda qeyd edir ki, Ermənistan tərəfindən Azərbaycanın ikinci böyük şəhərinin mülki əhalisinə qarşı müharibə cinayətinin törədilməsindən narahatdır və Kanada hökumətini Azərbaycana qarşı Ermənistanın təcavüzünü dayandırmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırır”.