• 12 İyul 2025
logo
Milli Məclisin sədri və deputatlar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürür

Milli Məclisin sədri və deputatlar Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürür

Azərbaycan Respublikası Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın aksiyasına qoşularaq Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürürlər.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.