• 23 Aprel 2021
logo
Paşinyan, az qalıb!

Paşinyan, az qalıb!

Xalqın səni dar ağacından asacaq!

30 il ərzində Ermənistanda hakimiyyətdə olanların hər birinin əli Azərbaycan türkünün qanına bulaşıb. Və bu 30 ildə Petrosyanların, Köçəryanların, Sarkisyanların bir amalı olub-işğal altında saxladıqları Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və ona bitişik rayonları “öz əraziləri” kimi saxlamaq və dünyanı yalanlarına inandırıb onların dəstəyindən maksimum dərəcədə istifadə etmək. Açıq demək lazımdır ki, buna qismən nail olublar. Çünki Ermənistanı bütün mənalarda dəstəkləyən ABŞ, Fransa və Rusiya həm də Minsk qrupunun həmsədr ölkələri olaraq işğalçı ilə işğala məruz qalan tərəfləri açıb göstərməyiblər-nə keçirdikləri görüşlərdə, nə də bəyanatlarında. Bu dövlətlər və bəzi beynəlxalq təşkilatlar bilə-bilə ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib gözləri kor, dilləri lal, qulaqları kar olub. Minsk qrupunda təmsil olunan həmsədrlər də o cümlədən. Onlar yalnız həmsədr kimi vəzifədən gedəndən sonra, Metyu Brayza və digərləri olaraq, Ermənistanın işğalçı siyasətini, işğal altındakı Dağlıq Qarabağın və ətraf rayonların Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Bu etiraflar da arxadan atılan daş deymindən başqa nəyəsə yaramayıb.
Sorosun verdiyi qırıntılarla hakimiyyətə gələn, əli xalqının qanına bulanaraq baş nazir kürsüsünə sahiblənən Paşinyan nəinki özündən əvvəlkilərin işğalçı siyasətini həyata keçirdi, həm də bu siyasəti bir qədər də dərinləşdirdi. Çünki hakimiyyətə gələrsə erməni xalqının durumunu düzəldəcəyi ilə bağlı verdiyi vədlərinin heç birini yerinə yetirmədi. Və bunun da çıxış yolunu Dağlıq Qarabağda min oyunlardan çıxıb ermənilərin gözünə kül üfürməkdə gördü. Birinci başladı danışıqları pozmağa və danışıqlardan yayınmağa. Son iki ildə nəinki işğal altındakı Dağlıq Qarabağda, ona bitişik rayonlarda belə Livandan, Suriyadan gətirdikləri erməniləri yerləşdirdi. Təkcə Qubadlının Xanlıq kəndində 200-dən artıq yeni yaşayış evləri tikdirərək livanlı və suruyalı ermənilərin ixtiyarına verdi. Hətta bu yaxınlarda Suriyadan gələn bir erməninin Xanlıq kəndində yanacaqdoldurma məntəqəsi açdığını və bu işi davam etdirəcəyini açıq-aydın erməni KİV-ləri tirajladılar. Bu yalnız bircə faktdır. Belə faktlar yetərincədir.
Bütün dünya dövlətləri koronovirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə Paşinyan nəinki Dağlıq Qarabağda qondarma prezident seçkilərinin keçirilməsinə dəstək verdi, həm də seçkilərdən sonra Xankəndinə yollanıb Azərbaycan türkünün heysiyyatıyla oynadı. Şuşanı Dağlıq Qarabağın paytaxtı edəcəyini bəyan etdi. Bu azmış kimi bu ilin iyul ayının 12-də Tovuz istiqamətindən bütün beynəlxaq qanunları və konvensiyaları pozaraq dinc əhalini hədəfə almaq, Azərbaycanın yeni ərazilərini işğal etmək əmrini verdi. Təbii ki, bu əmr rəsmi olmasa da, bu bir faktdır. Çünki Ermənistanın müdafiə naziri dəfələrlə öz açıqlamalarında Azərbaycanın yeni ərazilərini işğal edəcəklərini, Gəncə şəhərini vuracaqlarını bəyan etmişdi. Bütün bu sadaladıqlarım çox az sayda olan faktlar ortada olduğu halda bu gün yaxasını cırıb, Azərbaycandan atəşkəsi dayandırmağı israrla istəyən beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qpupunda təmsil olunan ölkələr, özünü müsəlman adlandıran, ancaq Ermənistana maddi dəstəyini əsirgəməyən İran bir dəfə də olsun açıqlama verib işğalçıya dur demədilər. Əksinə, Ermənistanın başına bir qədər də sığal çəkib, onun işğalçı siyasıtını davam etdirməsi, yeni ərazilər zəbt etməsi üçün silah- sursat göndərməyə başladılar. Konkret Rusiyanı göstərmək olar ki, bu ölkədən yola çıxan silah-sursat əsasən İran ərazisindən keçərək düşmənə çatdırılırdı.
Sentyabrın 27-də isə Paşinyan və onun hakimiyyətdə olan tərəfdarları bardağı daşırdılar. Azərbaycanın işğal altında saxladıqları ərazilərindən dinc əhaliyə bütün növ silahlardan atəş açmağa başladılar. Artıq bu son oldu. Azərbaycan Prezidenti, Ali Baç Komandan İlham Əliyev Vətən müharibəsi əmrini verdi və torpaqlarımızın azad olması üçün qismən səfərbərlik elan olundu. Paşinyan yatmış vulkanın oyandığını, Azərbaycan əsgərinin şanlı qələbə üçün illərlə gözlədiyi günün çatdığını və döyüşə atıldığını, Azərbaycan türkünün uşaqdan tutmuş böyüyə kimi qələbə üçün əlindən gələn köməyə hazır olduğunu, yüzminlərlə Vətən övladının çağırış məntəqələrinə üz tutub döyüşə getmək istəyini və ən əsası işğal atındakı kəndlərimizin, Murov dağ, Madagiz yüksəkliklərini azad etdiklərini və sonuncu erməni işğalçısı məhv olana kimi durmayacağını görüb havadarlarına yalvarmağa başladı. Havadarları da bir-birinin ardınca atəşkəsin dayandırılması bəyanatlarını versə də, artıq gecdir. Azərbaycan türkü illərdir həsrətini çəkdiyi qələbə sevincini dadmağa başlayıb. Bu sevincin zirvəsi Şuşaya sancılacaq üçrəngli, ay-ulduzlu bağrağımız dalğalanan zaman yaşanacaq.
Bugün Azərbaycan türkünün anaları öz oğullarını sevə-sevə, arxalarınca dua edib işğal altındakı torpaqlarını düşməndən azad etməyə yola salır və qələbə ilə qayıtmağı urzulayırlar. Və şəhid övladlarını isə “Vətən, başın sağ olsun”, deyib müqəddəs torpağa tapşırırlar. Ancaq Paşinyanın arvadı Anna oğlunun döyüş bölgəsinə getməyə ehtiyac olmadığını bildirir. Bir müddət əvvəl əlində avtomat hərbi geyimdə şəkil çəkdirib erməni mediasının manşetlərini bəzəyən Annanın oğlunu döyüşdən yayındırmasını artıq erməni analrı hiddətlə qarşılayırlar və qınayırlar:”Öz övladını başqasdının torpaqlarında vuruşmağa göndərmirsən, bəs bizim övladlar niyə haqsız yerə ölməlidirlər?”
Paşinyan bu sulların zaman-zaman veriləcəyini, ondan hesab sorulacağını bildiyi üçün bir neçə aydır Livandan və Suriyadan gətirdikləri muzdlu döyüşçüləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirib. Özünün əməllərini isə Azərbaycanın ayağına yazmaq istəyir. Guya biz Suriyadan vəLivandan muzdlu döyüşçülər gətirmişik. Guya qardaş Türkiyə bizə hərbi cəhətdən kömək edir və s. Ermənistanın hər zamankı yalanlarını Türkiyənin Cümhur başqanı Rəcəb Tayyib Ərdoğan ifşa etdi və dedi:”Biz Azərbaycan qardaşlarımızın haqq işini dəstəkləyirik və onların yanındayıq. Erməni işğalçıları Azərbaycanın ərazilərindən heç bir şərt qoymadan çıxmalıdırlar. Azərbaycan 30 ildir dözüb, artıq öz göbəyini özü kəsməyə, torpaqlarını işğalçıdan təmizləməyə başlayıb”.
Azərbaycan Prezidenti İlham Əliyev də Rusiya televiziya kanalının düzənlədiyi debatda Paşinyanın böhtanlarına cavab verdi və bildirdi ki, biz öz torpaqlarımızda döyüş aparırıq. 10 milyonluq Azərbaycan xalqının 2 milyonluq erməniyə qalib gəlməsi üçün kimsədən yardım almağa ehtiyacı yoxdur.
Birsözlə, Paşinyanı dar ağacı gözləyir. Nəinki Paşinyanın, əlləri Azərbaycan türkünün qanına bulanmış Petrosyanların, Köçəryanların, Sarkisyanların, Zori Balayanların və bu sıradakı yanların hər birin cəzası veriləcək-beynəlxalq qanunlarla! Ən əsası Allahın yazdığı ədalətlə! O gün uzaqda deyil!
Azərbaycan əsgəri, səninlə qürur duyuruq! Şərəfli tariximizi yazmaqda Allah yar və yardımçınız olsun!