• 18 May 2025
logo
Sahibə Qafarova deputatların səsvermə zamanı zalda olub-olmamasını nəzarətə götürəcəyini deyib

Sahibə Qafarova deputatların səsvermə zamanı zalda olub-olmamasını nəzarətə götürəcəyini deyib

“Deputatların səsvermə gedəndə zalda olmamasını xüsusi nəzarətə götürəcəyəm”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bu, İntizam Komissiyasının mövzusu da ola bilər: “Eldar müəllim, bunu nəzərə alın. İclas gedir, deputatlar səs verməlidir, ancaq onlar zalda yoxdurlar. Mən bunu xüsusi nəzarətə götürəcəyəm”.