• 13 İyul 2025
logo
General-mayor: Hərbçilərimizin döyüş əzmi qələbəmizi təmin edəcək

General-mayor: Hərbçilərimizin döyüş əzmi qələbəmizi təmin edəcək

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Birliyinin komandiri, general-mayor Hikmət Həsənov ordunun döyüş hazırlığı ilə bağlı açıqlama verib.

Azərbaycan Ordusunun döyüşə böyük ruh yüksəkliyi ilə atıldığını deyən birlik komandiri düşmən mövqelərinin dayanmadan məhv edildiyini deyib:

“Hərbi birliyin şəxsi heyətinin amalı qələbəni təmin etmək naminə son damla qanımızadək vuruşmaq və düşməni darmadağın etməkdir. Bunun üçün əsgərlərimizin döyüş ruhu və qələbə əzmi kifayət qədər yüksəkdir”.