• 20 May 2025
logo
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı çətin duruma saldı - Deputat

Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti dəfə Paşinyanı çətin duruma saldı - Deputat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabrda “Rossiya-1” telekanalına müsahibə vermişdir. Telekanalda yayımlanan “60 dəqiqə” proqramına Ermənistanın baş vaziri Nikol Paşinyan da qatılmışdı.

Cənab Prezident ona ünvanlanan sualları faktlara əsaslanaraq düzgün, dəqiq, tamamilə məntiqlə, ardıcıl olaraq beynəlxalq hüquq normalarına əsaslanaraq cavablandırmışdır. Bu verlişin aparıcısı və verlişdə iştirak edən iştirakçılar tərəfindən xüsusi ilə qeyd olunmuşdur.

Beynəlxalq ictimayyət qarşısında çıxış edərkən indiyədək dəfələrlə rəzil duruma düşən Nikol Paşinyan isə bu dəfə də ənənəsini pozmadı. Verilşin aparıcısının sualları qarşısında aciz qalan Ermənistanın baş naziri yenə də cavablarında heç bir fakta əsaslanmayan yalan və uydurmalar söylədi.

Cənab Prezident ona ünvanlanmış sualları cavablandırarkən qeyd etmişdir ki, müharibəyə başlayan Ermənistandır. Ermənistanın sentyabrın 27-də səhər başladıqları geniş hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə öz xalqımızı , öz adamlarımızı və torpaqlarımızı müdafiə etməyə məcbur idi. Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Fəal döyüş əməliyyatları aparılır. Ermənistan artıq bir neçə ay idi ki, hücuma - yeni müharibəyə hazırlaşırdı. Onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Cənab Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır.

Paşinyan barəsində danışan cənab Prezident qeyd etmişdir ki, bu gün Paşinyanın şəxsində Ermənistanın rəhbəri Sorosun əlaltısıdır. Bu gün Ermənistanda Soros rejimi mövcuddur. Paşinyan çoxlu vədlər verib və bu vədləri yerinə yetirə bilmir, əslində Ermənistan böhran içərisindədir. Buna görədə ona xarici amil, qarşıqlıq lazım idi ki, əhalinin diqqətini mövcud problemlərdə yayındırsın, oda bunu edə bildi.

Azərbaycan ordusunda muzdlu döyüşçülərin olması barədə verilən sualı cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, bu növbəti feyk-nyusdur. Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, neç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin. Cənab Prezidentin verliş boyu ona ünvanlanan sualları dəqiq, tamamilə məntiqlə, düzgün, ardıcıl, faktlara əsaslanaraq, beynəlxalq hüquq normalarına əsasən cavablandırması Azərbaycanın apardığı informasiya müharibəsində düşmənə böyük zərbə oldu.

Rauf Əliyev

Milli Məclisin deputatı