Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu”na ediləcək ianələrin Mərkəzi Bankın operatoru olduğu “Hökumət Ödəniş Portalı” vasitəsilə də qəbulu imkanı yaradılıb.
Trend-in məlumatına görə, Mərkəzi Bank ictimaiyyətin diqqətinə çatdırır ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (https://gpp.az/sqyf) və mobil tətbiqindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində Fondun hesablarına vəsaitlərini köçürə bilərlər.
Məlumat üçün bildirilir ki, Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/) yerləşdirilmişdir.
Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri
Bankın adı:
Azərbaycan Respublikası Beynəlxalq Bankı Binəqədi filialı
Bankın ünvanı:
Azərbaycan Respublikası, Bakı şəhəri Z.Bünyadov 30/12 bina 5A
Bankın telefonları:
(012) 562 99 41, (012) 562 93 37
Kod:
805584
VÖEN:
9900001881
Müxbir hesab:
AZ03NABZ01350100000000002944
S.W.İ.F.T Cod:
IBAZAZ 2X
Benefisiarın adı:
S.Q.Y.F MN
VÖEN:
1300162621
Hesablaşma hesabları:
AZN
AZ98IBAZ38040019449930010202
ABŞ DOLLARI
AZ88IBAZ38140018409930010202
AVRO
AZ68IBAZ38140019789930010202
RUSİYA RUBLU
AZ08IBAZ38140018109930010202