• 27 Oktyabr 2020
logo
Almaniyanın “Nex24.news” portalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalə dərc olunub

Almaniyanın “Nex24.news” portalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalə dərc olunub

Almaniyanın “Nex24.news” portalında “BMT: Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır” adlı məqalə dərc edilib.

Almaniyada yaşayan azərbaycanlı alim Asif Məsimovun müəllifi olduğu məqalədə Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi ilə nəticələnən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Müəllif alman oxucularına bu il sentyabrın 27-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində döyüşlərin başladığını, nəticədə Azərbaycan tərəfdən mülki şəxslərin həlak olduğunu xatırladır. O qeyd edir ki, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycana qarşı təxribatlarla məşğul olan Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi münaqişənin gərginləşməsinə gətirib çıxarıb. Bundan əlavə, BMT-nin qəbul etdiyi qətnamələrin, habelə ATƏT-in Minsk qrupunun Madrid prinsiplərinin Ermənistanın fikir ayrılığı üzündən həyata keçirilmədiyi bildirilir.

Müəllif yazır ki, bir sıra ölkələr, təşkilatlar atəşkəs çağırışı edirlər, lakin buna Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə nail olmaq mümkündür.