• 27 Aprel 2024
logo
Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb

Bostonda “Qarabağ Azərbaycandır” plakatı asılıb

merika Birləşmiş Ştatlarının Massaçusets ştatında Boston şəhərində yaşayan soydaşlarımız Qarabağa dəstəklərini nümayiş etdirərək yerli sakinlərin diqqətini cəlb edə biliblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, onlar “Qarabağ Azərbaycandır” plakatını James Jackson Storrow Memorial Drive ərazisində, Çarles çayının cənub sahili boyunca şərqdən qərbə uzanan böyük bir park yolunda asıblar.

Gənc azərbaycanlılar bununla amerikalıların diqqətini Qarabağda baş verənlərə yönəldiblər.