• 29 Mart 2024
logo
Naftalanda mərmi düşən daha iki ev dağılıb

Naftalanda mərmi düşən daha iki ev dağılıb

Düşmən ordusu Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

APA-nın qərb bürosunun məlumatına görə, ötən gecə Naftalan rayonunun Qaşaltı kəndi düşmən təxribatına məruz qalıb.

Ağır artilleriya silahlarının mərmiləri kənd sakinləri Səmayə Babayeva və Füzuli Bədələova məxsus evlərə düşüb. Səmayə Babayevanın evi yanaraq, tam yararsız hala düşüb. Digər evin isə bir hissəsi dağılıb.

Qeyd edək ki, ermənilərin hərbi təxribatlarının başladığı sentyabrın 27-dən indiyədək Qaşaltı kəndində 3 ev mərmi düşməsi nəticəsində dağılıb.